Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəklər. Hazırda düşmən səylərini cəmləşdirib və Maryinski, Avdeyev və Baxmut istiqamətlərində hücuma davam edir.
Bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.
Musienkonun sözlərinə görə, rus hərbçilər Donetsk vilayətinin Uqledar rayonu yaxınlığında da aktiv hücum əməliyyatlarını bərpa ediblər. Eyni zamanda, nə Liman, nə də Kupyanski istiqamətlərində rusların heç bir uğuru yoxdur:
"Əslində, rus qoşunlarının resursu tükənir, hücum potensialı sona çatır. Daha sonra aprelin əvvəlindən intensiv hazırlaşdıqları müdafiəyə keçəcəklər".
Cəbhədə gələcək inkişafı proqnozlaşdıran Musienko qeyd edib ki, Baxmut artıq ruslar üçün tələyə çevrilib:
"Baxmayaraq ki, rus hərbçiləri özləri orada Ukrayna Silahlı Qüvvələri üçün tələ hazırlayırdılar. Bununla yanaşı, Ukrayna nəhəng vəzifəni yerinə yetirir - bir tərəfdən düşmənin irəliləyişini dayandırır, digər tərəfdən isə gələcəkdə lazım olacaq ehtiyatları qoruyur".

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası