Uşaq bağçasına hücum olub- Ölənlər var
Tarix: 6-04-2023, 08:38
Baxılıb: 1 084
Google+ Paylaş
Tumblr Paylaş

Uşaq bağçasına hücum olub- Ölənlər var

6-04-2023, 08:38

Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu nəticəsində 4 uşaq ölüb, 3-ü yaralanıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayılıb.

Məlumata görə, kişi ölkənin cənubunda yerləşən Blumenau şəhərində özəl təhsil müəssisəsinə soxulub və balta ilə uşaqlara hücum edib. Bundan sonra o, polisə təslim olub. Hücum edənin motivləri və mümkün şəriklərinin olması araşdırılır.

Uşaq bağçasının binasında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İçəriyə heç kəs buraxılmır.

Qeyd edək ki, bu, son bir ayda Braziliyada təhsil müəssisəsinə ikinci hücumdur. Martın sonunda San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllim və bir şagirdi yaralayıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ