İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib.
Bununla bağlı İran mətbuatı məlumat yayıb.
Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib, eyni zamanda XİN-ə bununla bağlı addımlar atmaq tövsiyə edilib.
Sənədi qəbul edən vəkillər Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzdən gəliblər, üstəlik dünya müsəlmanlarının ölkəmizi məzlum fələstinlilərin qətli və cinayətində İsrailin şəriki hesab edəcəyini vurğulayıblar.
Onlar eyni zamanda İsraildə səfirlik açılmasını “məzlum Fələstinin fundamental hüquqlarının” pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıblar.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb