Belarusda dövləti gözdən salan qəzet redaktoru həbs edilib.
Belarusda regional qəzetin redaktoru dövlət və hökumət qurumlarını gözdən salan məlumat yaymaqda ittiham olunaraq həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Molodeçno rayon prokuroru qəzetin regional redaksiyasının 64 yaşlı rəhbərinə qarşı həbs-qətimkan tədbirinin tətbiqinə icazə verib. Cinayət işinin materiallarına əsasən, o, qəzetin redaksiyasının direktoru vəzifəsində çalışarkən digər şəxslərlə birlikdə 2020-ci il yanvarın 1-dən 2023-cü il martın 15-dək olan müddətdə çap mətbuatında və internet saytında bilərəkdən Belarusu və onun hökümətini nüfuzdan salan yalan informasiyalar yayıb”, - məlumatda deyilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi