Restoranlar şəbəkəsini idarə edən "McDonald's Corp", şirkətin yenidən qurulmasının bir hissəsi olaraq korporativ işçilərini ixtisar edəcək. Şirkət əməkdaşlarını işdən çıxarılmaları barədə məlumatlandırmağa hazırlaşdığı üçün bu həftə ABŞ ofislərini müvəqqəti olaraq bağlayır.
Bu barədə Wall Street Journal məlumat yayıb.
Xəbərdə deyilir ki, keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərə göndərdiyi daxili e-poçtda McDonald's onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.
Nə qədər işçinin ixtisar ediləcəyi bəlli deyil.
Aprelin 3-ü həftəsində vəzifələr və kadr sayı ilə bağlı qərarlar açıqlanacaq.
McDonald's, Reuters-in sorğusuna cavab verməyib.
"Fast-food" şəbəkəsi yanvar ayında yenilənmiş biznes strategiyasının bir hissəsi kimi korporativ kadr səviyyələrini nəzərdən keçirəcəyini bildirmişdi ki, bu da bəzi sahələrdə ixtisarlara, digərlərində isə genişlənməyə səbəb ola bilər.
2022-ci ilin sonundan etibarən bir sıra Amerika texnologiya şirkətləri də kütləvi ixtisarlar dalğasına başlayıb. Xüsusilə, Microsoft korporasiyası, Coinbase kriptovalyutası birjası, Meta, Twitter, Amazon, Netflix və digər şirkətlər ixtisarlar elan ediblər. (Marja)

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb