Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığını və nəticədə ağac və kol bitkilərinin məhv edildiyini müəyyən edib.
Bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub:
“Faktla bağlı akt tərtib edilib. Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...