ABŞ-ın Tennessi ştatında ibtidai məktəbdə baş verən atışmadan sonra ölkə daxilində bütün bayraqların yarıya qədər endiriləcəyi bildirilib.
ABŞ prezidenti Co Bayden silahlı hücumda üçü uşaq olmaqla altı nəfərin öldürülməsindən sonra Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla bütün ictimai binalarda martın 31-də bayraqların yarıya endirilməsi əmrini verib.
Müvafiq olaraq, ABŞ-ın xaricdəki bütün səfirlikləri və konsulluqları, hərbi bazaları və donanma stansiyaları da daxil olmaqla bayraqlar eyni tarixdə yarıya qədər endiriləcək.
Qeyd edək ki, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl xristian məktəbi olan The Covenant-a silahlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur