ABŞ və Aİ Çinə qarşı bunu etdi
Tarix: 25-03-2023, 11:03
Baxılıb: 1 429
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ və Aİ Çinə qarşı bunu etdi

25-03-2023, 11:03

ABŞ və Avropa İttifaqı (Aİ) tərəflərin Çinə qarşı Hind-Sakit okean strategiyaları əsasında iki günlük dəniz təlimi keçirib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Açıqlamada, Amerika hərbi gəmisi USS Paul Hamilton, Aİ Hərbi Dəniz Qüvvələrinə aid Atalanta əməliyyatına bağlı İspaniyanın Reina Sofia gəmisi və İtaliyanın Carlo Bergamini gəmisinin iştirak etdiyi, gəmiyə minmə prosedurlarının təkmilləşdirilməsi, gəmi naviqasiyası və gəmilərin idarə olunmasına yönəlmiş təlimlərin keçirildiyi bildirilib.

Təlimin əsas məqsədinin Sakit okean bölgəsində böyük güc rəqabəti çərçivəsində Çinə qarşı çıxmaq olduğu bildirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ