Türkiyədən Rusiyaya QADAĞA
Tarix: 21-03-2023, 15:50
Baxılıb: 1 081
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən Rusiyaya QADAĞA

21-03-2023, 15:50

Ankara Türkiyə vasitəsilə paralel idxal olaraq Rusiyaya ixrac edilən xarici mallara qadağa qoyacaq

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti türk məhsullarının böyük miqdarda ixrac edildiyi AB ilə mübahisə etmək istəmir.

İstanbul Qara və Əlvan Metallar İxracatçıları Assosiasiyasının rəhbəri Çetin Tecdelioğlu agentliyə bildirib ki, Türkiyə hakimiyyəti ölkə şirkətlərinə Rusiyaya ixracı qadağan olunmuş malların siyahısını təqdim edib:

"Türkiyə hökuməti martın 1-dən etibarən qadağan olunmuş xarici malların siyahısını şirkətlərə təhvil verib və onların Rusiyaya çatdırılmasına qadağa qoyub”.

Qeyd olunur ki, Türkiyə Ticarət Nazirliyi bu məlumatlara münasibət bildirməyib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ