Tbilisidə Aİ bayrağı yandırıldı
Tarix: 14-03-2023, 17:57
Baxılıb: 1 091
Google+ Paylaş
Tumblr Paylaş

Tbilisidə Aİ bayrağı yandırıldı

14-03-2023, 17:57

Bu gün Tbilisinin mərkəzi Rusiya ilə münasibətlərin qurulmasının tərəfdarı və Qərbin təsirinə qarşı olan “Mühafizəkarlar Hərəkatı” və “Alt İnfo” platforması tərəfindən bloklanıb.

Bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Kolon Rustaveli prospekti ilə parlament binasına doğru irəliləyib. Burada etirazçılar Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı referendum keçirilməsini tələb ediblər. Eyni zamanda iştirakçılar Gürcüstan bayraqları altında çıxış edərək “Sakartvelo” şüarını səsləndiriblər.

Onlar, həmçinin Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən etiraz aksiyaları zamanı zorakılıq edənlərin, ilk növbədə, “Molotov kokteyli” atanların cəzalandırılmasını tələb ediblər.

Etirazçılar parlamentin qarşısında qaldırılmış Aİ bayrağını cırıb, tapdalayıb və yandırıblar. Polis baş verənlərə müdaxilə etməyib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ