İranın Azərbaycana qarşı olan təxribatına ABŞ-dan reaksiya
Tarix: 14-03-2023, 10:01
Baxılıb: 1 092
Google+ Paylaş
Tumblr Paylaş

İranın Azərbaycana qarşı olan təxribatına ABŞ-dan reaksiya

14-03-2023, 10:01

ABŞ Dövlət Departamenti İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, İran uzun müddətdir regionda pis niyyətli oyunçu olub:

“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli regiona nail olaq”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ