Metroda İNANILMAZ HADİSƏ BAŞ VERİB
Tarix: 10-03-2023, 19:16
Baxılıb: 1 082
Google+ Paylaş
Tumblr Paylaş

Metroda İNANILMAZ HADİSƏ BAŞ VERİB

10-03-2023, 19:16

Moskva metrosunda sərnişinlərdən biri 15 yaşlı yeniyetməni yaxınlaşan qatarın altına itələyib.

Bu barədə martın 9-da Moskva Nəqliyyat Departamenti öz "Telegram" kanalında məlumat yayıb.

Hadisə dairəvi xəttin "Kiyevskaya" stansiyasında baş verib.

Kadrlarda kişinin qatarı gözləyən azyaşlıya arxadan necə yaxınlaşdığı və onu itələdiyi görünür.

"Metro növbətçisinin sözlərinə görə, sərnişin sağdır. Onu itələyən qanun pozucusu saxlanılıb", - deyə məlumatda bildirilib.

Moskva prokurorluğundan bildiriblər ki, günahkar 1961-ci il təvəllüdlü kişidir. Cinayətin motivləri hələlik məlum deyil

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ