Çavuşoğlu və Lavrov arasında görüş keçirildi
Tarix: 1-03-2023, 19:07
Baxılıb: 1 102
Google+ Paylaş
Tumblr Paylaş

Çavuşoğlu və Lavrov arasında görüş keçirildi

1-03-2023, 19:07

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə Suriya ətrafındakı vəziyyəti, Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin fəaliyyəti, eləcə də taxıl dəhlizi ilə bağlı işləri müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bildirilir ki, nazirlər Yeni Dehlidə G20 Xarici İşlər Nazirləri Şurası (FMC) çərçivəsində görüşüblər.

“Görüş zamanı bir sıra beynəlxalq problemlər, o cümlədən Suriyadakı vəziyyət nəzərdən keçirilib. Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində regionun maraqlı dövlətlərinin gördüyü işlərə xüsusi diqqət yetirilib, eyni zamanda Suriyada terror təhlükəsinin aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb”, - nazirlikdən bildirilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ