İran bu ölkələri niyə HƏDƏLƏDİ?
Tarix: 28-02-2023, 19:44
Baxılıb: 1 081
Google+ Paylaş
Tumblr Paylaş

İran bu ölkələri niyə HƏDƏLƏDİ?

28-02-2023, 19:44

Molla rejimi şantaj, nifrət və hədə-qorxu ilə dolu bəyanat səsləndirmək siyasətini davam etdirir. Apardığı uğursuz xarici siyasəti və əsassız ambisiyaları ölkəni acınacaqlı duruma gətirib çıxarmasına baxmayaraq, Tehran respublikası bu dəfə də ölkələri təhdid edib.

İrandakı Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri, general-mayor Qulam-Əli Rəşid İsrail ilə əməkdaşlıq edən ölkələri hədələyib.

“İranın milli təhlükəsizliyini təhdid etmək üçün İsrail ilə əməkdaşlıq edən istənilən ölkə öz əməllərinin əvəzini ödəyəcək. Bizim bacarıqlı hərbi qüvvələrimiz təcavüzün mənbəyinə zərbə endirəcək və düşmənimizlə koordinasiya və əməkdaşlıq edən bütün mərkəz və bazaları hədəfə alacaq.

Təhdidi ciddi qəbul etmək, düşməni müdafiə etmək və hücuma hazırlaşmaq İslam İnqilabı Rəhbərinin göstərişlərindən və manevrlərin arxasında duran məntiqdəndir. Biz ABŞ-la əməkdaşlıq çərçivəsində sionist rejimdən gələn hər hansı təhdidi ölkəmizin maraqlarına və milli təhlükəsizliyimizə zidd olaraq qiymətləndiririk və buna qarşı qətiyyətli addımlar atacağıq”, - SEPAH generalı hədələyib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ