Kiyevdə həyəcan təbili çalındı- Nə baş verir?
Tarix: 25-02-2023, 20:54
Baxılıb: 1 098
Google+ Paylaş
Tumblr Paylaş

Kiyevdə həyəcan təbili çalındı- Nə baş verir?

25-02-2023, 20:54

Kiyevdəki "Minsk" metrostansiyasında bir nəfərin cibində "F-1" qumbarası və onun qoruyucusu tapılıb.

Bu barədə Ukrayna Milli Polisinin Kiyev şəhəri üzrə Baş İdarəsinin saytına istinadla xəbər verir.

""Minska" metrostansiyasında daim ətrafa baxan və özünü şübhəli aparan vətəndaş hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. Polislər həmin şəxsi yoxlamaq üçün saxlayıblar və yoxlama zamanı cibindən "F-1" qumbarası və onun üçün qoruyucu tapıblar", - məlumatda deyilir.

Hadisə yerinə gələn əməliyyat-istintaq qrupu cinayəti sənədləşdirib. Əldə edilmiş maddi sübutlar ekspertizanın keçirilməsi üçün polisə göndərilib və cinayəti törədən 29 yaşlı Odessa vilayətindən olan şəxs saxlanılıb.

Həmin şəxsə Cinayət Məcəlləsinin 1-ci hissəsinə (Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi (qanunla müəyyən edilmiş icazə olmadan odlu silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğuların saxlanması, əldə edilməsi, təhvil verilməsi və ya satışı) uyğun olaraq cinayət törətməkdə şübhəli bilinməsi barədə məlumat verilib.

Məhkəmə cinayəti törədən şəxs barəsində həbs-qətimkan tədbiri - gecə ev dustaqlığı seçib. Onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ