Tarix: 18-02-2023, 08:37
Baxılıb: 2 408
Dağıntılar altından 2 milyon dollar tapıldı
18-02-2023, 08:37
Türkiyənin Qaziantep şəhərində xilasedicilər binanın dağıntıları altından iki milyon dollara yaxın pul aşkar edərək hüquq-mühafizə orqanlarına təhvil veriblər
Bu məlumatı "Anadolu" agentliyi yayıb.
Xilasedicilərin sözlərinə görə, onlar Amerika valyutasını yaşayış komplekslərindən birinin dağıntıları altından bir nəfəri çıxardıqdan sonra görüblər.
"Yanında iki milyon dollar var idi, uşaqlarım xüsusi təyinatlılara verdilər. İlk növbədə, onlar insanların həyatını xilas edir, tapılan qiymətli əşyalar isə polisə göndərilir - bu, yeganə hal deyil", - deyə xilasetmə xidmətinin rəhbəri Cəfər Yılmaz agentliyə deyib.
Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya xilasedicilərinin Türkiyədə bir evin dağıntıları altında 150 min dollar tapdığını, pulun da ən yaxın polis bölməsinə getdiyini bildirmişdi.
Fevralın 6-da Türkiyənin cənub-şərqində iki güclü zəlzələ baş verib. Son məlumatlara görə, ölkədə 39 mindən çox insan qurban olub
скачать dle 12.1