Vardanyan: "Döyüşməyə hazırıq" - Moskvadan qayıtdıqdan sonra İLK BƏYANATI
Tarix: 17-02-2023, 23:13
Baxılıb: 1 524
Google+ Paylaş
Tumblr Paylaş

Vardanyan: "Döyüşməyə hazırıq" - Moskvadan qayıtdıqdan sonra İLK BƏYANATI

17-02-2023, 23:13

Bu günlərdə Moskvadan Xankəndinə qayıdan seperatçı rejimin "dövlət naziri" Ruben Vardanyan fevralın 17-də iclas keçirib.
Turkustan.az xəbər verir ki, Vardanyan Lamın yolunun bağlanmasından sonra yaranmış vəziyyət barədə danışaraq bildirib ki, ərazidə yaşayanlar bu sınaqdan uğurla çıxıblar. 35 il əvvəl Qarabağda erməni separatçı hərəkatının başlamasının ildönümü olduğunu qeyd edən Vardanyan bidirib ki, "biz yenı qərar qarşısındayıq”: "Son aylarda dəfələrlə sual eşitmişəm: döyüşmək nə deməkdir? Döyüşmək ilk növbədə, səni irəli aparan iradədir. İkincisi, siz vacib olan addımları atırsınız. Döyüşmək təkcə müharibəyə hazırlaşmaq demək deyil, döyüşmək hər tərəfli çox böyük, ciddi, gündəlik iş görmək deməkdir. Böhran və blokadanın çətinliklərinə baxmayaraq, durum göstərdi ki, "artsax"da insanlar döyüşməyə hazırdırlar".
Vardanyanın bu sözləri onun Moskvadan hansı tapşırıqlarla qayıtdığını göstərir. Eyni zamanda, Azərbaycanın öz ərazisində terrorçu-separatçılara qarşı antiterror əməliyyatı aparmasını tezləşdirir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ