Zəlzələnin 10-cu günü: Xilasedicilərimiz əməliyyatlarını davam etdirir
Tarix: 15-02-2023, 18:53
Baxılıb: 1 087
Google+ Paylaş
Tumblr Paylaş

Zəlzələnin 10-cu günü: Xilasedicilərimiz əməliyyatlarını davam etdirir

15-02-2023, 18:53

Bu gün Türkiyədə baş vermiş zəlzələdən on gün ötür.

Fevralın 15-də təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Hazırda Azərbaycanın xilasediciləri şəhərin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanları çıxarmağa çalışırlar.

Bugünədək FHN-in əməkdaşları dağıntılar altından 53 sağ insan, 69 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ