Mirzoyan və Çavuşoğlu sülh sazişi ilə bağlı nəyi müzakirə etdi?
Tarix: 15-02-2023, 14:22
Baxılıb: 2 083
Google+ Paylaş
Tumblr Paylaş

Mirzoyan və Çavuşoğlu sülh sazişi ilə bağlı nəyi müzakirə etdi?

15-02-2023, 14:22

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna İrəvan və Bakı arasında hərtərəfli sülh sazişinin hazırlanması perspektivləri ilə bağlı danışıqlar ətrafında yaranmış vəziyyət barədə danışıb.

Bu barədə Çavuşoğlu Ankarada erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Həmkarım (Mirzoyan – red.) Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə aparılan danışıqlar barədə mənə məlumat verdi”, - türkiyəli nazir bildirib.

O əlavə edib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş, regionda əlverişli atmosferin yaradılmasına töhfə verəcək.

Çavuşoğlu onu da qeyd edib ki, Mirzoyanla iki ölkə arasında münasibətlərin normallaşması və bu məsələdə gələcək addımları müzakirə edib. Onun sözlərinə görə, Ermənistan və Türkiyə sərhədində keçid məntəqələrinin hazırlanması davam edir – ölkəyə gedən yollar və körpülər təmir olunur.

Mövlud Çavuşoğlu Ararat Mirzoyanın dəhşətli zəlzələlərdən sonra Ankaraya səfərini əlamətdar adlandırıb.

Çavuşoğlu birgə mətbuat konfransında bildirib: “Bu səfər üçün sizə təşəkkür etmək istərdim... Düşünürəm ki, bu, vacibdir. Ermənistan belə çətin anda bizə dostluq əlini uzadıb”.

Qeyd olunur ki, Çavuşoğlu və Mirzoyan qapalı görüşdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində mümkün addımları müzakirə edib və onların sürətləndirilməsinə dair razılığa gəliblər.

Mətbuat konfransından sonra Ermənistan xarici işlər naziri zəlzələdən zərər çəkmiş və erməni xilasedicilərinin axtarış-xilasetmə işlərini apardığı Adıyamana gedəcək.

Bu, Mirzoyanın Türkiyəyə ikinci səfəridir, bundan əvvəl o, Antalyada diplomatik forumda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar aparıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ