Türkiyədə zəlzələ ilə bağlı əməliyyat keçirildi- SAXLANILANLAR VAR
Tarix: 11-02-2023, 18:54
Baxılıb: 1 821
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə zəlzələ ilə bağlı əməliyyat keçirildi- SAXLANILANLAR VAR

11-02-2023, 18:54

Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan zəlzələdən sonra dağılan binalarla bağlı araşdırma başlanıb.

Artıq bir neçə bölgədə podratçı şirkət rəhbərlərinə qarşı əməliyyatlar başladılıb.

Diyarbakır Prokurorluğu şəhərdə baş verən zəlzələdə dağılan binalarla bağlı sütunları kəsdiyi və tikinti qüsurları olduğu iddia edilən 29 nəfər haqqında həbs qərarı çıxarıb.

Qaziantepdə zəlzələ nəticəsində dağılan Ayşe-Mehmet Polat yaşayış kompleksinin podratçısı Mehmet Ertan Akay İstanbulda saxlanılıb.

Araşdırmalar zamanı uçan binanın sütununu kəsdiyi müəyyən edilən daha iki nəfər saxlanılıb.

İstintaq çərçivəsində təyin edilmiş texniki ekspert komitələri yerlərdə işlərini davam etdirir.

Şanlıurfada zəlzələ nəticəsində dağılan binalarda aşkarlanan tikinti qüsurları və sütun kəsmə hərəkətləri ilə bağlı həbs qərarı çıxarılan 8 şübhəli tutulub.

Hatayda "Renaissance Residence"-ın inşaat podratçısı Mehmet Yaşar Coşkun özü ilə apardığı pullarla xaricə qaçacağı iddiası ilə tutularaq saxlanılıb.

Kahramanmaraş Baş Prokurorluğu da əməliyyatlarla bağlı məlumat yayıb. Bildirilib ki, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanıb, texniki ekspert komissiyaları təyin edilib. Qeyd edilib ki, məsələnin həssaslığı nəzərə alınmaqla, ciddi və bütün detallarla araşdırma aparılır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ