Türkiyədə zəlzələ zamanı ən çox ölüm bu ərazidə olub
Tarix: 8-02-2023, 08:20
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə zəlzələ zamanı ən çox ölüm bu ərazidə olub

8-02-2023, 08:20

Hatayda 1647, Qəhrəmanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Əlbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ