Dağıntılar altından daha bir azərbaycanlı tələbə tapıldı
Tarix: 7-02-2023, 17:44
Baxılıb: 1 097
Google+ Paylaş
Tumblr Paylaş

Dağıntılar altından daha bir azərbaycanlı tələbə tapıldı

7-02-2023, 17:44

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qəhrəmanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

Bu barədə Qəhrəmanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

“Valideynlərinin də məlumatı var”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ