THY-nin bu reysləri ləğv olundu
Tarix: 4-02-2023, 12:39
Baxılıb: 1 101
Google+ Paylaş
Tumblr Paylaş

THY-nin bu reysləri ləğv olundu

4-02-2023, 12:39

Türk Hava Yolları (THY) İstanbul hava limanından 5-6 fevral tarixlərində gerçəkləşdiriləcək ümumilikdə 238 reysi ləğv edib.

Bu qərar İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar verilib.

Bununla bağlı THY-nin mətbuat xidməti açıqlama verib.

Əlverişsiz hava şəraiti səbəbindən İstanbuldan gediş-gəliş istiqamətində ümumilikdə 238 uçuşun ləğv edildiyi açıqlanıb.

“Onlardan 72-si daxili, 166-sı beynəlxalq reyslərdir. Ləğv edilən uçuşların sayının artacağı ehtimal olunur. Qonaqlarımız uçuş sorğu ekranlarımıza uçuş nömrələrini və izləmə məlumatlarını daxil edərək öz səfərləri ilə bağlı yeni məlumatları əldə edə bilərlər”, - deyə mətbuat xidmətindən bildirilib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ