İranın səfirliyə hücumla bağlı daha bir gülünc açıqlaması
Tarix: 27-01-2023, 11:59
Baxılıb: 1 927
Google+ Paylaş
Tumblr Paylaş

İranın səfirliyə hücumla bağlı daha bir gülünc açıqlaması

27-01-2023, 11:59

Azərbaycan səfirliyinə hücum edən şəxs şəxsi motivləri əsas gətirib.

Bunu Tehranın polis rəisi Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şərh edərkən deyib.

İlkin məlumatlara görə, təcavüzkar iki azyaşlı uşaqla səfirliyə daxil olub. Dindirilərkən o, şəxsi və ailə problemlərinə görə hücum etdiyini bildirib.

Qeyd edək ki, bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ