Tarix: 18-01-2023, 08:09
Baxılıb: 1 092
Dünyanın ən yaşlı qadını öldü
18-01-2023, 08:09
Planetin ən yaşlı sakini, fransız rahibə bacısı Andre (dünyada Lucille Randon) 118 yaşında vəfat edib.
Andre bacının 2009-cu ildən yaşadığı Tulon şəhərindəki qocalar evinin nümayəndəsinin nəşrə verdiyi məlumata görə, onun ölümü yuxuda baş verib.
Lucille Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 2022-ci il aprelin 26-da 119 yaşında yapon qadını Keyn Tanakanın ölümündən sonra planetin ən yaşlı sakini kimi tanınıb
скачать dle 12.1