Tarix: 12-01-2023, 08:14
Baxılıb: 2 007
Ermənistanda aksiyalar yenidən başladı
12-01-2023, 08:14
Daşnaksütyunun Qəmərli rayonundakı (Artaşat) yerli təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Artavazd Marqaryan polis tərəfindən saxlanılıb.
Bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, polis Marqaryanı 72 saatlıq saxlayıb:
“İnanmayacaqsınız, amma Markaryanı yalnız telefonu olduğuna görə saxlayıblar”.
Qeyd edək ki, yanvarın 11-də parlamentdəki "Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan Ararat bölgəsində və İrəvanda Daşnaksütyunun bir sıra üzvlərinin evlərində axtarışlar aparıldığı haqda məlumat vermiş, bunu qanunsuz adlandırmışdı.
скачать dle 12.1