Şükürbəyli kəndinə daha 119 ailə yola salınıb
Tarix: 25-05-2026, 08:14
Baxılıb: 3 586
Google+ Paylaş
Tumblr Paylaş

Şükürbəyli kəndinə daha 119 ailə yola salınıb

25-05-2026, 08:14

Bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
AvroMedia.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 535 nəfərdən ibarət 119 ailə köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ