Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərinin çox aşağı olduğunu və yüksək miqdarda qatqı maddəsi ehtiva etdiyini bildirirlər.
AvroMedia.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, paketlənmiş ağ tost çörəklərin saxlanma müddətini uzatmaq və yumşaq teksturasını qorumaq üçün müxtəlif kimyəvi qatqılarla zənginləşdirilir. Bu məhsullar adətən rafinə edilmiş (təmizlənmiş) unla hazırlandığı üçün lif, vitamin və mineral baxımından çox kasıbdır. Həmçinin yüksək qlisemik indeksləri səbəbindən qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilirlər.
Rafinə edilmiş karbohidrat tərkibli bu çörəklər toxluq hissi yaratmır. Bu isə gün ərzində daha tez-tez acmağa və daha çox kalori qəbuluna səbəb olur.
Daha balanslı bir qidalanma üçün ekspertlər aşağıdakı çörək növlərini tövsiyə edirlər:
Tam buğda çörəyi
Çovdar çörəyi
Tam dənli (taxıllı) çörəklər
Bu növ çörəklər yüksək lif tərkibi sayəsində həzm sisteminə kömək edir və toxluq müddətini uzadır.
Son illərdə aparılan tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidaların intensiv istehlakı piylənmə, ürək-damar xəstəlikləri və metabolik pozuntularla birbaşa əlaqəlidir. Mütəxəssislər mağazalardan çörək alarkən etiketin üzərindəki tərkib hissəsini diqqətlə oxumağı və mümkün qədər təbii tərkibli qidalara üstünlük verməyi vurğulayırlar.

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə