Azərbaycanda elmi fəaliyyətlə bağlı yeni qaydalar qəbul edilib.
AvroMedia.Az xəbər verir ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası qərarı ilə “Elmi Etika Kodeksi”ni təsdiqlənib.Yeni sənəd elmi məqalə yazanlardan tutmuş doktorantlara və universitet müəllimlərinə qədər bütün tədqiqatçılar üçün məcburi qaydaları müəyyənləşdirir.
Kodeksin əsas məqsədi elmi işlərin daha dürüst və şəffaf şəkildə hazırlanmasını təmin etməkdir. Sənəddə açıq şəkildə qeyd olunur ki, dissertasiya, elmi məqalə, qrant layihəsi, laboratoriya qeydləri, proqram kodları və digər bütün tədqiqat materialları bu qaydalara uyğun hazırlanmalıdır. Bu o deməkdir ki, artıq elmi iş yazan hər kəs eyni standartlara əməl etməlidir.
Yeni qaydalarda ən sərt mövqe isə plagiat və saxtakarlıqla bağlıdır. Başqasının məqaləsini və ya ideyasını öz adına çıxarmaq, mövcud olmayan məlumatı uydurmaq, nəticələri dəyişmək və ya manipulyasiya etmək rəsmi şəkildə etik pozuntu sayılacaq.
Həmçinin eyni tədqiqatı bir neçə hissəyə bölüb müxtəlif məqalələr kimi təqdim etmək və ya əvvəl çap olunmuş işi yenidən dərc etdirmək də qadağan olunub.
Kodeks müəlliflik məsələsinə də ciddi yanaşır. Bundan sonra elmi işdə yalnız real töhfə verən şəxslərin adı göstərilməlidir. Əməyi olmayan şəxsi müəllif kimi əlavə etmək və ya əksinə, işləyən şəxsin adını gizlətmək pozuntu hesab olunacaq. Müəlliflərin sıralaması da onların gördüyü işə uyğun olmalıdır.
Sənəddə həmçinin qeyd olunur ki, tədqiqat hansısa qrant və ya layihə hesabına həyata keçirilibsə, bu barədə məlumat gizlədilə bilməz. Məlumatların saxlanması, paylaşılması və istinad qaydalarına riayət olunması da məcburi şərt kimi göstərilib.
Bununla yanaşı, elmi müəssisələrə də yeni öhdəliklər qoyulub. Universitetlər və elmi təşkilatlar tədqiqatçılar üçün etik qaydalarla bağlı təlimlər keçirməli, pozuntu halları baş verdikdə isə onları şəffaf şəkildə araşdırmalıdır.
Kodeksin sonunda isə xüsusi bənd yer alır. Bu bənddə göstərilir ki, elmi fəaliyyətlə məşğul olan şəxslər bu sənədi imzalamaqla bütün qaydalara əməl edəcəklərini rəsmi şəkildə təsdiqləməlidirlər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?