Bir müddət əvvəl maliyyə intizamsızlığı ilə gündəmə gələn Azərbaycan Dövlət Televiziyasının (AzTV) rəhbərliyi haqqında bu dəfə işçi əməyinin istismarı ilə bağlı xəbərlər yayılıb.
AvroMedia.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, AzTV rəhbərliyi ikinci iş yerləri olan teleaparıcılara seçim təklif edib.Qurum sədri Rövşən Məmmədov başqa dövlət qurumlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən bir sıra əməkdaşlara AzTV-də qalmağın yeganə şərti kimi ictimai əsaslarla işləməyi təklif edib.
Bu isə başqa qurumlarda mətbuat katibi çalışan teleaparıcıların - Namiq Əliyev, Ceyhun Səfər və Nərmin Xəlilovanın istefası ilə nəticələnib.
Yerdə qalan 2 aparıcı isə pulsuz efir aparmaq təklifini qəbul edib.
Əmək qanunvericiliyində bir şəxsin 2 iş yerində çalışmasına hər hansı qadağa yoxdur. Qanunvericilikdə işə götürənə daimi ştatlarla yanaşı həm də xidmət müqaviləsi çərçivəsində bu imkan yaradılır.
AzTV də isə bu hal sadəcə əməyin istismarı sayılmalıdır.
AzTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinindən isə Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, AzTV-nin kadr siyasəti ilə bağlı məsələ QSC-nin də daxili işi, daxili siyasətidir:
“Sorğunuza və təklifinizə görə təşəkkür edirik. Lakin onu da diqqətinizə çatdırmaq istəyirik ki, kadr siyasəti hər bir qurum kimi, QSC-nin də daxili işi, daxili siyasətidir və bu məsələ ilə bağlı hər hansı açıqlama verməyi də doğru hesab etmirik. Bizim əməkdaşlarımız görülən işlərdən narazı olduqda, birbaşa QSC-nin rəhbərinə müraciət edir və suallarına cavab tapır”.

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə