Ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir
AvroMedia.Az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə də ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir:
“Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər. Hər bir müəssisə və təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək edə bilər”.

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə