Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır.
AvroMedia.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda deyib.
O qeyd edib ki, bəzi istehlakçılar sosial şəbəkələrdə hüquqi statusu və əlaqə məlumatları olmayan hesablar vasitəsilə kartdan-karta köçürmə yolu ilə alış-veriş həyata keçirirlər:
“Belə hallarda qarşı tərəf sahibkar kimi tanınmadığı üçün istehlakçı hüquqlarının qorunması çətinləşir və hüquqları pozulan şəxslərin müraciətlərinə baxılması zamanı müəyyən çətinliklər yaranır. İstehlakçılara alış-veriş zamanı satıcının hüquqi statusunu və əlaqə məlumatlarını yoxlamağı, rəsmi satış kanallarına üstünlük verməyi tövsiyə olunur".

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə