Azərbaycandan İrana göndərilən humanitar yardımı daşıyan yük maşınları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.
AvroMedia.Az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.
Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Kompüter qarşısında çalışanların göz ağrısına çarə