“Kəlbəcərdə yeni turizm zonası yaradılacaq”.
AvroMedia.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkil etdiyi “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Adminsitrasiyasına təqdim olunub. Həmçinin, Laçın və digər ərazilərdə də qiymətləndirmələr aparılır. Sanatoriyaların, eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb”, - deyə o əlavə edib.
A. Hüseynova qeyd edib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı ilə bağlı layihələr hazırlanır:
“Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur. Qastroturizm ilə bağlı əsas hədəflərimizdən biri də ölkənin mətbəxinin tanıdılmasıdır. Çünki Azərbaycanın regionda xüsusi edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması üçün Elm və Təhsil Nazirliyi ilə iş görülür”.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb