"Əgər arterial təzyiqiniz qəfildən yüksələrsə, otağı havalandırın, paltarlarınızın yaxasını və ya düymələrini açın, bir qədər su için, oturun və ya uzanın. Bu addımlar dərman qəbul etmədən qan təzyiqinin qısa müddətdə sabitləşməsinə kömək edə bilər. Lakin təzyiq enməzsə, həkiminizin təyin etdiyi dərmanları qəbul etməli və tibbi yardım almalısınız".
AvroMedia.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı kardioloq və lipidoloq Valentina Baydina deyib.
"Təhlükəli vəziyyətin əlamətlərinə güclü baş ağrısı, ürəkbulanma, qusma, ətraflarda və üzün müəyyən hissələrində uyuşma, həmçinin nitq pozğunluğu daxildir", - deyə o qeyd edib.
Həkimin sözlərinə görə, hipertoniya fonunda qan təzyiqinin kəskin yüksəlməsi çox vaxt bir neçə amilin birgə təsiri nəticəsində baş verir. "Bunlara stres, hava şəraitinin qəfil dəyişməsi, xroniki yuxu çatışmazlığı, uzunmüddətli uçuşlar və hormonal dalğalanmalar daxildir", - deyə Baydina vurğulayıb.
Onun sözlərinə görə, bəzi hallarda təzyiq iltihabi proseslər və yoluxucu xəstəliklər - qrip, COVID-19 və digər kəskin respirator virus infeksiyaları fonunda da arta bilər.
Mütəxəssis əlavə edib ki, uzunmüddətli perspektivdə hipertoniyanın profilaktikası dərman terapiyası ilə yanaşı, həyat tərzinin korreksiyasını da əhatə etməlidir. Arterial təzyiq göstəriciləri normal olduğu və əks-göstərişlər olmadığı halda orta fiziki aktivlik, açıq havada gəzintilər, artıq çəkidən azad olma, siqaret və spirtli içkilərdən imtina mühüm rol oynayır.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?