27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
AvroMedia.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
“Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.
Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək”, - deyə məlumatda qeyd edilib.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb