Bu ilin yanvar ayında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar 51 milyon 669 min manat təşkil edib.
AvroMedia.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.
Belə ki, ötən ilin yanvar ayında tibbi sığorta üzrə 58 milyon 313 min manat sığorta haqqı toplanılmışdı.
Hesabat ayında tibbi sığorta üzrə ödənişlərin həcmi 6 milyon 854 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 37,8% çoxdur. 2025-ci ilin ilk ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 4 milyon 971 min manat olmuşdu.
Bu dövrdə könüllü tibbi sığorta üzrə zərərlilik artıb. Belə ki, ötən ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 8.5 manatını ödənişə yönəltmişdisə, bu ilin eyni dövründə bu rəqəm 13.2 manata yüksəlib.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb