Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AvroMedia.Az xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca faciəni əks etdirən videoçarx nümayiş olunub.
BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək Xocalı faciəsinin Ermənistanın ölkəmizə ərazi iddiaları, xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti fonunda baş verən, amansızlığı ilə seçilən ağır bəşəri cinayət olduğunu bildirib. Hadisələr zamanı qətlə yetirilən, girov götürülən, itkin düşənlərin statistikasını xatırladan rektor Xocalının düşmənə asan təslim olmadığını, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşlərdə özünümüdafiə qüvvələrinin müqaviməti ilə ortaya əsl fədakarlıq nümunəsinin qoyulduğunu, mülki əhalinin isə köməksiz qaldığı üçün erməni vəhşiliyinin qurbanına çevrildiyini vurğulayıb.
Y. Piriyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, separatçılardan təmizlənən Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağı ucaldı və böyük Zəfərimizlə Xocalı şəhidlərinin qisası alındı.



Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb