Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə etdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb