Nəsimi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb