“Heydər Əliyev Beynəlxalq Aeroportunda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır”.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Report”a Bakı Aeroportundan bildirilib.
Qeyd edilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır: “Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır”.
Məlumata əsasən, yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır: “Beləliklə, yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi”.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb