“AzərEnerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin iştirakı ilə görüş keçirilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə “AzərEnerji” məlumat yayıb.Qeyd edək ki, “AzərEnerji” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdür. Görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.
“AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və “WAMS/WACS” sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.
Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji” ASC-nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.
Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb