Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin dördüncü və beşinci mövsümünün qalibləri ilə görüşüb.
AvroMedia.Az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş”İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Görüş zamanı müsabiqənin ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr potensialının üzə çıxarılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Nazir qeyd edib ki, artıq beşinci dəfə keçirilən “Yüksəliş” müsabiqəsi ədalətlilik və şəffaflıq prinsiplərinə əsaslanan qiymətləndirmə modeli ilə seçilir. Onun sözlərinə görə, müsabiqənin mərhələli və obyektiv seçim mexanizmi iştirakçılar üçün bərabər imkanlar yaradır, nəticələrin isə yalnız bilik, bacarıq və liderlik keyfiyyətlərinə əsasən müəyyənləşdirilməsi cəmiyyət tərəfindən formalaşan yüksək etimadın əsasını təşkil edir.
Görüş çərçivəsində Mentorluq Proqramının əhəmiyyətinə də toxunulub. Bildirilib ki, proqram qaliblərə nəzəri biliklə yanaşı real idarəçilik təcrübəsi, strateji düşünmə bacarığı və qərarvermə prosesində praktiki yanaşma qazandırır. Təcrübəli rəhbərlərlə birbaşa ünsiyyət və fərdi inkişaf planı əsasında aparılan iş qaliblərin potensialının sistemli şəkildə inkişafına şərait yaradır.


Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb