“Azercell”in dəstəyi ilə şagirdlər “Info1Cup” proqramlaşdırma müsabiqəsinə qatılıblar.
AvroMedia.Az xəbər verir ki, 7-8 fevral tarixlərində Rumıniyada 10-cu “Info1Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.
16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyə Azərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlər müsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal əldə ediblər.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başa vurublar.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərini təmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb