2026-cı ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili, 56 ədəd isə yük avtomobili istehsal edilib.
AvroMedia.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 71.1%, yük avtomobili istehsalı isə 7 dəfə artıb.
Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 244 ədəd minik, 19 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 30 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% azdır.Xatırladaq ki, ötən il ölkədə 4038 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb