Ramazan süfrəsi həm sağlamlıq, həm də düzgün enerji balansının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə qida rasionu elə planlaşdırılmalıdır ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi minimum səviyyədə olsun.
Buna görə də tərkibində maye çox olan və uzun müddət toxluq hissi yaradan məhsullara üstünlük verilməsi tövsiyə olunur. Liflə zəngin qidalar həzmi tənzimləyir və qanda şəkərin sabit qalmasına dəstək olur. Yulaf sıyığı, süd və süd məhsulları, həmçinin yumurtadan hazırlanan yeməklər imsak üçün ideal seçim hesab edilir. Bu qidalar həm enerji verir, həm də gün ərzində toxluq müddətini uzadır.
Oruc müddətində bədənin enerji səviyyəsini qorumaq və aclığa davamlılığı artırmaq vacibdir. İftar süfrəsində isə ağır və yağlı yeməklərdən uzaq durmaq daha məqsədəuyğundur. Duzlu, ədviyyatlı və çox istiotlu qidaların qəbulu məhdudlaşdırılmalı, vitamin və minerallarla zəngin məhsullara daha çox yer verilməlidir.
İftarı mərhələli şəkildə açmaq daha faydalıdır. Əvvəlcə sulu yeməklər və ya şorba ilə başlamaq, daha sonra əsas yeməyə keçmək tövsiyə olunur. Salat və göyərtilər süfrədə mütləq olmalıdır, çünki onların tərkibindəki liflər həzm prosesini sürətləndirir və mədənin yüklənməsinin qarşısını alır. Su qəbulu isə əsas yeməkdən sonra və axşam boyunca fasilələrlə həyata keçirilməlidir ki, bədən itirilmiş mayeni bərpa edə bilsin.
İftardan sonra dərhal istirahət etmək əvəzinə, azı bir saat yüngül hərəkət etmək, gəzintiyə çıxmaq və ya sadə idman hərəkətləri yerinə yetirmək tövsiyə edilir. Bu, həzmin yaxşılaşmasına, yorğunluğun azalmasına və yuxu rejiminin normallaşmasına müsbət təsir göstərir.

Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu günün valyuta məzənnələri
Qızıl və gümüş bahalaşıb