19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Fevralın 19-u saat 13:00-da Azad Sabir oğlu Cəlilov Ucar rayonu, Alpoud kənd qəbiristanlığında, Mahir Abuzər oğlu Quliyev isə Cəlilabad şəhər qəbiristanlığı, şəhidlər cərgəsində dəfn olunacaq. Saat 14:00-da Nail Fahil oğlu Dənziyev Lerik rayonu, Mastaıl kənd qəbiristanlığı, şəhidlər cərgəsində, Rəsul Babaxan oğlu Ağayev isə Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da Vüqar Səlim oğlu Babayev Göyçay şəhərində yerləşən Şəhidlər xiyabanında, Şahin Heydər oğlu Kərimov isə Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 16:00-da Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllı rayonu, İstisu kənd qəbiristanlığında, saat 17:00-da isə Cavanşir İsrafil oğlu Həsənov Balakən rayonundakı Şəhidlər xiyabanında dəfn olunacaqlar.
Fevralın 20-si saat 11:00-da Rafiq Hüseyn oğlu Hüseynov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ümumşəhər qəbiristanlığında (Qurd qapısı), Mehriban Arif qızı Qarayeva isə Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Saat 12:00-da Zibeydə Bədəl qızı Əhmədova Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 13:00-da Dadaş Şərif oğlu Dadaşov və Qurban Ramazan oğlu Göyüşov Bərdə şəhəri, Şəhidlər xiyabanında, saat 14:30-da Hidayət İsa oğlu Vəliyev Bərdə rayonu, Zümürxan kənd qəbiristanlığında, saat 15:00-da Nofəl Cahangir oğlu Əsgərov Gəncə şəhəri, Şəhidlər xiyabanında (Səvizkar qəbiristanlığı), saat 15:30-da Qılman Surxay oğlu Hacıyev Bərdə rayonu, Kələntərli kənd qəbiristanlığında, saat 16:00-da Yolçu Sarı oğlu Məmmədov isə Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır