Əslən Cəlilabad rayonundan olan itkin şəhidin nəşinin qalıqları tapılıb.
AvroMedia.Az xəbər verir ki, Cəlilabad sakini, şəhid Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları müəyyən edilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Şəhidin nəşinin qalıqlarının dəfn mərasiminin doğma rayonunda — 19 fevral tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır