Fevralın 13-də Xətai rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Daha sonra Dövlət Himni səsləndirilib və partiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxışlarda bildirilib ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.
Tədbirin sonunda fəal partiya üzvləri fəxri fərmanla təltif olunub, yeni üzvlərə partiya vəsiqələri təqdim edilib. Tədbir bədii hissə və partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.

Yay mövsümündə dişləri zədələyən əsas amillər...
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
"Əkinçi"dən rəqəmsal mediaya uzanan inkişaf salnaməsi
Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq
Azərbaycanda iqlim məlumat alt-sistemi yaradıla bilər
ABŞ Hörmüz boğazındakı adanı bombaladı
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
IV kurs tələbəsi vəfat etdi
Sabahın havası AÇIQLANDI
Hacı Əliyev: Dünya çempionatı mənim üçün ağır imtahandır