Bu gün ölkəmizin ilk televiziya və radio qurumu olan “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür.
AvroMedia.Az xəbər verir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra — 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.
İlk verilişin aparıcısı gənc aktrisa Nəcibə Məlikova olub. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Yarandığı ilk gündən peşəkar yaradıcı kollektivi ilə Azərbaycan xalqının zövqünün formalaşmasında müstəsna rol oynayan Azərbaycan televiziyası yüzlərlə mütəxəssisin püxtələşməsində də töhfəsini əsirgəməyib.
AvroMedia.Az olaraq AzTV-dəki həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq.

Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi
Bu il doğulan körpə sayı azalıb
Bu qidalanma vərdişləri xərçəng riskini artırır